Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib. Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib.

Yas mərasimində 58 nəfər zəhərləndi

Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib. Daha sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 58-ə yüksəlib. Onlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib, 43 isə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, mütəxəssislər yas mərasimində verilən ətli xörəyin zəhərlənməyə səbəb olduğunu düşünürlər.