Ukraynalı deputat Nadejda Savçenko, Rusiyaya qaçmadığını, Facebook-da Strasburqdan fotoşəkillər yayımladığını sübut edib. Ukraynalı deputat Nadejda Savçenko, Rusiyaya qaçmadığını, Facebook-da Strasburqdan fotoşəkillər yayımladığını sübut edib.

Savçenko Rusiyaya qaçmadığını sübut etdi

Ukraynalı deputat Nadejda Savçenko, Rusiyaya qaçmadığını, Facebook-da Strasburqdan fotoşəkillər yayımladığını sübut edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Savçenkonun mətbuat xidmətindən bildirilib ki, onun Avropa Parlamentinə işgüzar səfəri Strasburqda davam edir. Burada parlament sessiyası keçiriləcəkdir.

Qeyd edək ki, Savçenko ilə Avropa Parlamenti üzvləri arasında keçirilən görüşlərin əsas mövzusu Ukraynanın siyasi məhbuslarının azad olunmasıdır.

Bir müddət əvvəl Ukraynada Xalq Cəbhəsi fraksiyasının üzvü Andrey Teteruk Savçenkonun Rusiyaya qaça biləcəyini söyləyib.