Suriyada qanlı gün: 20 ölü

Suriyanın bu yaxınlarda üsyançıların əlinə keçmiş Raqqa şəhərində növbəti qanlı gün yaşanıb


Hökumət təyyarələrindən endirilmiş aviazərbələr nəticəsində azı 20 dinc sakin ölüb, 30 nəfər də yaralanıb.

Aviazərbələr Raqqanın Rumallah rayonuna endirilib. Burada ölənlərin arasında qadın və uşaqların çoxluq təşkil etdiyi bildirilir.

Hadisə yerində lentə alınmış həvəskar kadrlardan da yerli sakinlərin şok keçirdiyini görmək mümkündür.