“iPhone X”ın maya dəyəri açıqlandı

Ötən ilin noyabr ayında satışa çıxarılan və Azərbaycanda da kifayət qədər məşhurlaşan “iPhone X” modelinin maya dəyəri açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ 999 ABŞ dolları (təxminən 1700 AZN) qiymətinə satışa çıxarılan telefondan şirkət 64 faiz qazanc götürüb. Belə ki‚ “iPhone X”ın maya dəyərinin 357 dollar (təxminən 606 AZN) olduğu açıqlanıb. Bu dəfə “Apple”ın qazanc faizi “iPhone 7” və “iPhone 8”dən qazandıqlarından daha da çox olub. Həmin vaxt şirkət satış qiymətindən yalnız 59 faiz qazanc götürə bilib.

“iPhone X” təqdim olunduğu gündən ölkəmizdə də ona tələbat artıb və bir neçə gün sonra mağazalarda satışa çıxarılıb. Hazırda Bakıda bu telefonun qiyməti 2300-2500 manat arasında dəyişir. Nağd formada bu qiymətə təklif edilən mobil qurğu kredit yolu ilə 2800-4300 manata başa gəlir.

AzNews.az