Rusiyaya qarşı bir neçə ölkə birgə addım atıb. Rusiyaya qarşı bir neçə ölkə birgə addım atıb.

Daha 5 ölkə rus diplomatları geri göndərir

Rusiyaya qarşı bir neçə ölkə birgə addım atıb.

“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, Böyük Britaniyadan sonra Fransa və Almaniya da rus diplomatlarını ölkədən çıxarır.

Bildirilir ki, hər iki ölkə 4 diplomatı geri göndərir. Onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilib.

ABŞ da Sietl şəhərindəki rus konsulluğunu bağlamaq barədə qərar verib.

***

Son məlumatlara görə, rus diplomatlarını qovan ölkələrin siyahısında Litva, Polşa və Ukrayna da yer alıb. Litva 3, Ukrayna 13, Polşa isə 4 rus diplomatı ölkəsindən çıxarır.

AzNews.az