- Köhnə - Dünya
- 28 Mart 2018 17:00
- 8 377
Ukraynada milyonerlərin sayı ikiqat artıb
2017-ci ildə Ukraynada gəlirləri 1 milyon qrivnadan (38 min dollar) çox olan vətəndaşların sayı ikiqat artıb.
AzNews.az xəbər verir ki, bu məlumat vergi bəyannaməsi əsasında ölkənin Dövlət Maliyyə Xidməti tərəfindən nəşr olunub. Ümumiyyətlə, ölkədə 1061 nəfər "qrivna milyonçusu" var ki, onlardan da 406-ı Kiyevdə yaşayır.
Qeyd edək ki, ölkənin ən zəngin şəxsi Rinat Axmetovdur. Belə ki, onun sərvəti 6,9 milyard dollar həcmində qiymətlədirilir.