Bir badımcan dövlətə 8 minə başa gəldi

İtaliyada qeyri-adi hadisə baş verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 2009-cu ildə İtaliyada bir badımcan oğurladığına görə məsuliyyətə cəlb edilən kişi, 9 illik araşdırmadan sonra bəraət alıb. Belə ki, qəsəbələrdən birində yaşayan 49 yaşlı kişi, 9 il öncə bir tarladan badımcan oğurlayarkən tutulub. Özəl mülk olan tarlaya girən adamın üstündən isə sadəcə bir badımcan çıxıb. Beləliklə, kişi məsuliyyətə cəlb edilib. O, isə maddi vəziyyətinin çox pis olduğunu və uşaqlarını doyurmaq üçün bu addımı atdığını bildirib. Ancaq ilk məhkəmədə ona 5 aylıq həbs və 500 avro pul cəzası verilib. Daha sonra isə cəzası 2 aylıq həbs və 120 avro cərimə ilə əvəzlənib. Lakin Ali Məhkəmə 9 illik araşdırmadan sonra bu qərarları ləğv edib və kişiyə bəraət verib.

Qeyd edək ki, 9 illik araşdırma dövlətə 7-8 min avroya başa gəlib.