KXDR və Cənubi Koreya aprelin 27-də birgə sammit keçirmək barədə razılığa gəliblər. KXDR və Cənubi Koreya aprelin 27-də birgə sammit keçirmək barədə razılığa gəliblər.

KXDR ilə Cənubi Koreya liderlərinin sammiti keçiriləcək

KXDR və Cənubi Koreya aprelin 27-də birgə sammit keçirmək barədə razılığa gəliblər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hər iki ölkənin nümayəndələri sammitə hazırlıq məqsədilə aprelin 4-də görüşəcəklər.

Qeyd edək ki, tərəflər arasında keçiriləcək sammit ilk dəfə deyil ki, baş tutur. Belə ki, bundan qabaq, 2007-ci ilin oktyabrında da iki ölkə arasında yüksək səviyyəli görüş baş tutub. İlk sammit isə 2000-ci ilin iyun ayında keçirilib.