- Köhnə - Dünya
- 30 Mart 2018 09:15
- 5 559
Türkiyədə avtobus qəzası - 17 nəfər öldü
Türkiyədə ağır avtobus qəzası baş verib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İğdır vilayətində miqranları daşıyan mikroavtobus işıq dirəyinə çırpılıb. Mikroavtobusda Əfqanıstan və Pakistandan olan miqrantlar olub. Qəza nəticəsində 17 nəfər ölüb, 36 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, mikroavtobus 14 nəfər üçün nəzərdə tutulsa da ona 50 miqrant minib.