- Köhnə - Dünya
- 30 Mart 2018 10:43
- 5 083
Papa məhkumların ayağını öpdü - Fotolar
Roma Papası Fransisk, ayaq yuma ayinini Romada yerləşən Regina Coeli həbsxanasında gerçəkləşdirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Papa cümə axşamı Regina Coeli həbsxanasındakı məhkumları ziyarət edib. Xristian adətlərinə əməl edən Papa, bir qrup məhkumun ayaqlarını yuyub və öpüb.
Qeyd edək ki, Papa adətən həbsxanalarda olmaqla, illərdir bu təvazökar adəti yaşadır.


