- Köhnə - Dünya
- 30 Mart 2018 12:29
- 13 771
Polis itlərinə Motsart terapiyası
İspaniyanın paytaxtı Madriddə polis itlərinə məşhur bəstəkar Motsartın musiqiləri dinlədilir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, polislər bunun itlərə stressdən qurtulmaqda yardımçı olacaqlarını bildiriblər. Bu üsula "Motsart terapiyası" adını veriblər. Beləliklə də, müxtəlif əməliyyatlarda istifadə olunan xidməti itlərə musiqi dinlədilir və bunun onlara yaxşı təsir etdiyi iddia olunur.
Polislər əmindirlər ki, bu addım itlərin bacarıqlarını inkişaf etdirəcək.