- Köhnə - Dünya
- 30 Mart 2018 15:03
- 5 301
XVIII əsrə aid gəminin qalıqları tapıldı
ABŞ-ın Florida ştatında yerləşən çimərliyin sahilində dalğalar XVIII əsrə aid olan gəminin 15 metrlik bir hissəsini sahilə vurub.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, gəminin qalığını oğlu ilə çimərlikdə gəzən bir qadın tapıb. Ekspertlər qeyd edirlər ki, gəminin tapılmış qalığı çox yaxşı qorunub. Onlar hesab edirlər ki, bu gəmi tamamilə mislə örtülüb. Toplanmış materiallar əsasında gəminin 3D modeli yaradılacaq.