- Köhnə - Dünya
- 30 Mart 2018 21:45
- 4 129
Fələstin lideri martın 31-i ümummilli matəm günü elan etdi
Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.
Bu gün Qəzza zolağında ənənəvi Torpaq gününü qeyd edən minlərlə fələstinli qaçqınlarının öz doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.