Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb. Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

İranlı turistlər Türkiyədə qəzaya düşdü - Bir ailə məhv oldu

Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.

Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.

Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb.

AzNews.az