- Köhnə - Dünya
- 1 Aprel 2018 12:41
- 4 191
Venerada UFO-lar ola bilər - NASA-dan iddia
Venera planetində yadplanetlilərin yaşadığı iddia edilir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, NASA -nın araşdırmaçıları bu varlıqların quruluşunun Yer planetindəki mikroblara bənzədiyini ehtimal edirlər.
Qeyd edək ki, Venera Yer kürəsinə ən yaxın planetdir, lakin mövcud hava durumu orada yaşamın olmadığını göstərir.
Belə ki, temperatur Venerada adi mətbəx sobasındakı istilikdən 2 dəfə çoxdur, bu da kükürdlü yağışın yağmasına səbəb ola bilər.