86 kilo arıqlayaraq model olmağa qərar verdi - Fotolar

İzmirdə çəkisi 165 kilo olan Özgür Özkök bir dəfəyə 86 kilo arıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazır yeməklər və oturaq həyat tərzi nəticəsində artıq çəkidən əziyyət çəkən Özgür arıqlamağın yollarını axtarmağa başlayıb və əzmi nəticəsində bu problemdən yaxa qurtara bilib.

İzmirdə radioların birində işləyən Özgür Özkök nəinki 86 kilo arıqlayıb, hətta artıq model kimi də işləməyə başlayıb.