13 yaşlı məktəbli ABŞ tarixinə düşdü

ABŞ-ın Vermont ştatında 13 yaşlı məktəbli ölkə tarixinə düşüb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, səkkizinci sinif şagirdi olan Ethan Sonneborn qubernator olmaq üçün namizədliyini verib. O, qubernator olmaq istəyən daha iki nəfərlə yarışacaq.

Qeyd edək ki, ən gənc yaşlı namizəd kimi ölkə tarixinə düşən Sonnebornun yaşadığı Vermont ştatında qubernator olmaq üçün yaş məhdudiyyəti yoxdur.