- Köhnə - Dünya
- 2 Aprel 2018 16:31
- 3 412
Terrorçular yenə hücum etdilər - 15 ölü, 83 yaralı
"Boko Haram" qruplaşmasının terrorçuları kəndlərə etdikləri hücum zamanı 15 nəfəri öldürüb, 83 nəfəri yaralayıblar.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Nigeriyada terrorçular biri əsgər olmaqla 15 nəfəri öldürüblər, daha 83 nəfəri isə yaralayıblar. Rəsmilər bildirirlər ki, Nigeriya ordusu terrorçuların Maidququri bölgəsinə hücumunun qarşısını alıblar. Geri çəkilən terrorçular isə şimaldakı kəndlərə hücum ediblər.