Rəsmi Tehran Hollivudu "Arqo əməliyyatı" filmində İranın obrazının təhrif olunaraq təbliğ edilməsinə görə məhkəməyə verməyi planlaşdırır Rəsmi Tehran Hollivudu "Arqo əməliyyatı" filmində İranın obrazının təhrif olunaraq təbliğ edilməsinə görə məhkəməyə verməyi planlaşdırır

Tehran Hollivudu məhkəməyə verəcək

Rəsmi Tehran Hollivudu "Arqo əməliyyatı" filmində İranın obrazının təhrif olunaraq təbliğ edilməsinə görə məhkəməyə verməyi planlaşdırır




Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Fars" agentliyi xəbər yayıb.

Artıq fransalı vəkil İzabel Kutan-Pyer məhkəmə iddiasının detallarını yerli hakimiyyətlə müzakirə etmək və hüquqi aspektləri müəyyənləşdirmək məqsədilə Tehrana gəlib.
Məhkəmə iddiasını vermək qərarı bir neçə gün əvvəl ölkənin məmur və kino tənqidçilərdən ibarət qrupun Ben Afflekin "Oskar" mükafatı qazanan İran həbsxanasından qaçışdan bəhs edən filmə baxmasından sonra qəbul olunub.