- Köhnə - Dünya
- 3 Aprel 2018 09:20
- 4 351
Şvartsenegger həkimlərə təşəkkür etdi
Aktyor Arnold Şvartsenegger açıq ürək əməliyyatı edən həkim və tibb bacılarına təşəkkür edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məşhur aktyor Twitter-də yazıb.
"Bu doğrudur: mən geri döndüm! Mən oyandım və bunun üçün minnətdar olmalıyam. Həkimlər və tibb bacılarına təşəkkür edirəm", deyə Şvartsenegger bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Şvartsenegger açıq ürək əməliyyatı keçirib.