Ukrayna məhkəməsi Saakaşvilinin tələbini rədd etdi

Ukraynanın Ali Məhkəməsi Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə əlavə mühafizəyə ehtiyacı olan şəxs statusunu verməkdən imtina edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvilinin müdafiə edilməsi ilə bağlı şikayəti rədd edilib.

Qeyd edək ki, Saakaşvili Gürcüstana qayıtmaq niyyətində olduğunu açıqlayıb.