Ankarada Ərdoğanla Putin arasında görüş başa çatdı - Yenilənib

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başa çatıb.

AzNews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib.

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şirasının toplantısı başlayıb.

***

16:40

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu, dövlət başçısı vəzifəsinə yenidən seçilməsindən sonra Putinin ilk xarici səfəridir.

Ankarada iki ölkə prezidentinin, Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Bundan başqa, "Akkuyu" nüvə stansiyasının təməli qoyulacaq.