Narkotik alverçisi edam edildi

Səudiyyə Ərəbistanında narkotik qaçaqmalçılığında ittiham olunan Suriya əsilli bir nəfər edam edilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, edam bu gün Mədinədə həyata keçirilib.

Abdullah Havas əş-Şəlal adlı suriyalı üzərində çoxlu miqdarda amfetamin həbləri ilə yaxalanmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, üzərində narkotik maddə gəzdirən və bu maddənin alqı-satqısını həyata keçirən şəxsləri edam gözləyir.