- Köhnə - Dünya
- 4 Aprel 2018 10:23
- 3 520
Keçmiş ABŞ zabiti İtaliyada intihar etdi
İtaliyada keçmiş ABŞ hərbçisi və onun rus əsilli həyat yoldaşı evlərində ölü tapılıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ ordusunun 44 yaşlı keçmiş zabiti Coel Kinser depressiyaya düşüb və yaxınlarına özünü öldürəcəyini deyib. Hüquq-mühafizə orqanları bildirib ki, o, əvvəlcə həyat yoldaşı Leylanı öldürüb, daha sonra özü intihar edib.
Qeyd edək ki, keçmiş zabit son məktubunda yaxınlarından onu bağışlamağı istəyib.