Rusiya Ukrayna vasitəsilə Avropaya qaz nəqlini azaldacaq

"Qazprom"un baş icraçı direktoru Aleksey Miller bildirib ki, Rusiya qazının Ukraynadan tranziti ildə 10-15 milyard kubmetrədək azalacaq.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Biz Ukraynanın ərazisindən tranziti tamamilə ləğv edəcəyimizi demirik, çünki qonşu ölkələr var, Ukrayna ilə sərhəddə olan bölgələr var və şübhəsiz ki, Avropanın bu bölgələrinə qaz nəqli Ukraynanın ərazisindən tranzit vasitəsilə həyata keçiriləcəkdir. Bundan başqa, söhbət daha az əhəmiyyətli olan həcmlərdən gedir. Göründüyü kimi, biz ildə ildə 10-15 milyard kubmetr qaz haqqında danışa bilərik ", - deyə Miller bildirib.