- Köhnə - Dünya
- 4 Aprel 2018 12:10
- 3 347
İstanbulda İŞİD əməliyyatı - Tutulanlar var
Türkiyədə İŞİD-ə pul və hərbi yardım göndərən təşkilatın üzvləri ələ keçib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulda keçirilən əməliyyat zamanı İŞİD-çilərə yardım edən iki nəfər yaxalanıb. Onların qaldıqları məkana baxış keçirən polis çoxlu sayda silah-sursat və xeyli miqdarda pul aşkar edib. Ələ keçirilən şəxslər həbsxanaya göndərilib.