- Köhnə - Dünya
- 4 Aprel 2018 12:52
- 3 683
Çin ABŞ məhsullarına qarşılıqlı rüsum tətbiq etdi
Çin hökuməti ABŞ-dan idxal olunan 106 növ məhsula 25% məbləğində rüsum tətbiq etməyi qərara alıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda avtomobil və kimya sənayesi məhsulları yer alıb.
Qeyd edək ki, bu qərar ABŞ-ın Çin mallarına tətbiq edilən rüsumu artırması ilə bağlıdır.