- Köhnə - Dünya
- 4 Aprel 2018 15:01
- 4 159
Moskvada ticarət mərkəzi yandı: ölən var - Yenilənib
Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzində yanğın olub.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın zamanı bir nəfər həyatını itirib.
***
14:15
Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzi yanıb.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yanğın Moskvanın şərqində yerləşən "Persey" ticarət mərkəzində baş verib.
Yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.