Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kinoteatr açılacaq. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kinoteatr açılacaq.

Səudiyyə Ərəbistanında kinoteatr açılır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kinoteatr açılacaq.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, kinoteatrın aprelin 18-də açılması planlaşdırılır. Ölkədə beş il ərzində daha 40 kinoteatr açılacaq. Digər ictimai yerlərdən fərqli olaraq, kinoteatrda yerlər qadın və kişilər üçün ayrı-ayrı olmayacaq.

Göstəriləcək ilk film isə "Qara pantera" olacaq.

Qeyd edək ki, hökumət 2017-ci ildə kinoteatr qadağasını qaldırmağı planlaşdırdığını açıqlayıb. Bu yolla hakimiyyət iqtisadiyyatın inkişafına təkan vermək istəyir.