Cənubi Koreyada qırıcı qəzaya uğradı

Cənubi Koreyada qırıcı təlim zamanı qəzaya uğrayıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qəza paytaxt Seuldan 300 kilometr uzaqda yerləşən Çxilqok rayonunda baş verib.

Hazırda Cənubi Koreya ABŞ-la birgə hərbi təlim keçirir. Cənubi Koreyanın 300 min hərbi qulluqçusu, ABŞ-ın 11,5 hərbçisi ilə birgə təlimlərdə iştirak edir.

Qeyd edək ki, Şimali Koreyanı qıcıqlandırmamaq üçün təlimlərdə yalnız müdafiə vasitələrindən istifadə edilir.