- Köhnə - Dünya
- 5 Aprel 2018 11:27
- 4 441
Netanyahu İranın ittihamına münasibət bildirdi
İsrailin baş naziri Binyamin Netanyahu, İran prezidenti Həsən Ruhaninin dünən Türkiyə-Rusiya-İran zirvə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Netanyahu İranın İsraili terrora dəstək verməkdə ittiham etməsinə cavab verib. Netanyahu, İran prezidentinin bəyanatını "məntiqsiz" adlandırıb.
Qeyd edək ki, Ruhani İsraili terrorçuları maliyyə və müasir silahlarla təmin etməkdə günahlandırmışdı.