- Köhnə - Dünya
- 5 Aprel 2018 13:05
- 4 734
Aldığı küçüklər ayı çıxdı
Çinli vətəndaşın başına iş gəlib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çində yaşayan Vanq Kayui 2 il bundan əvvəl bir vyetnamlıdan iki küçük alıb. Lakin bir müddət sonra onlarda qəribə davranışlar müşahidə edib. Lakin bunları küçüklərin başqa cinsdən olması ilə əlaqələndirib. Küçüklər çinlinin toyuqlarını öldürüb yeməyə başlayanda Vanq onları baytara aparıb. Burada küçüklərin əslində "Asiya qara ayısı" olduğunu öyrənəndə isə şoka düşüb