- Köhnə - Dünya
- 5 Aprel 2018 17:18
- 4 759
Skripalın qızı danışdı: “Hər şey qaydasındadır”
İngiltərədə kimyəvi maddə ilə zəhərlənən keçmiş rus kəşfiyyatçısı Sergey Skripalın qızı Yuliya hadisədən sonra ilk dəfə olaraq danışıb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Yuliya atasının səhhəti barədə danışarkən "Hər şey qaydasındadır" deyib. O, rəfiqəsi Viktoriya ilə telefon danışığında "atam yatıb dincəlir, hər kəsin vəziyyəti yaxşıdır" deyib.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib.