Malayziyanın baş naziri parlamentin buraxıldığını elan etdi

Malayziyanın baş naziri Nəcim Razak ölkədə keçiriləcək ümumi seçkilərlə bağlı parlamentin buraxıldığını elan edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Malayziyada növbəti parlament seçkilərinin dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Lakin müşahidəçilərin fikrincə, seçkilər aprel ayının sonlarında və ya may ayının əvvəllərində keçirilə bilər.