- Köhnə - Dünya
- 6 Aprel 2018 17:20
- 4 680
Skripal özünü daha yaxşı hiss edir
Solsberidə zəhərlənmiş keçmiş QRU zabiti Sergey Skripalın vəziyyəti yaxşılaşır.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, həkimlər Skripalın müalicəyə yaxşı cavab verdiyini və vəziyyətinin "sürətlə yaxşılaşdığını" bildiriblər. Belə ki, o, artıq "kritik vəziyyətdə" deyil.
Qeyd edək ki, martın 4-də keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliya kimyəvi maddə ilə zəhərlənib.