- Köhnə - Dünya
- 6 Aprel 2018 22:39
- 3 523
Ağ evdən Putin-Tramp görüşü ilə bağlı açıqlama
Rəsmi ABŞ Putin və Trampın görüşü ilə bağlı hazırlıqların davam etdirildiyini bildirib.
AzNews.az Ria-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib.
"ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara baxmayaraq, bu görüşlə bağlı hazırlıqlar davam etdiriləcək", deyə Sanders qeyd edib.
