- Köhnə - Dünya
- 7 Aprel 2018 16:26
- 3 986
Almaniyada hicab qadağası
Almaniya 14 yaşınadək müsəlman qızların məktəbə hicab taxaraq gəlməsini qadağan etməyə hazırlaşır.
Avstraliyanın Baş naziri Sebastian Kurzun təlimatı ilə Avstraliyada hicab qadağası üçün qanun hazırlanırkən, Almaniyada Şimali Reyn Vestfaliya əyalətində də hicaba qadağa ilə bağlı qanunun hazırlanması Almaniyada yaşayan müsəlmanların narazılığına səbəb olub. Şimali Reyn Vestfaliyanın Uyğunlaşma naziri Joachim Stamp Alman Bild qəzetinə açıqlamasında 14 yaşınadək qızlara hicab qadağası qoymağı düşündüklərini bildirib. Onun sözlərinə görə, qadağanı qiymətləndirmək lazımdır, çünki hələ yeniyetmə olmayan uşaqlar hicab geyməyə məcbur edilə bilməzlər, çünki onlar öz dini etiqadlarını öz iradəsi ilə seçəcəklər.
Nazir Stamp hicab taxmaqla bağlı qərarı yalnız artıq həyatı dərk edən qadınların verə biləcəyini söyləyib.
Aznews.az