- Köhnə - Dünya
- 7 Aprel 2018 18:10
- 10 290
Məşhur serialın çəkildiyi evə gəmi çırpıldı - Uçdu
Türkiyənin məşhur serialına ev sahibliyi edən Həkimbaşı Salih Əfəndi Yalısı İstanbul boğazında gəminin çırpılması nəticəsində uçub.
AzNews.az xəbər verir ki, Malta bayraqlı gəmi motorunda yaranan problemə görə qəzaya uğraması nəticəsində hal-hazırda toy, konsert, tədbirlərə və "Min bir gecə" kimi məşhur seriallara ev sahibliyi edən Salih Əfəndi Yalısına çırpılıb. Məşhur simaların toylarına da ev sahibliyi edən yalıda ən son Şebnem Bozoklu ve Aslı Tandoğanın xeyir işi baş tutub.

Yalı türk dilində su kənarında tikilən möhtəşəm evə deyilir.
Həkimbaşı Salih Əfəndi Yalısının tarixçəsi
Qırmızı rəngli bu tarixi tikilinin ilk sahibi Osmanlının ilk tibb məktəbi olan Mekteb-i Tıbbiye-i Şahanənin ilk məzunlarından olan Həkimbaşı Salih Əfəndi olub. Evə də adını verən Həkimbaşı Salih Əfəndi 3 Osmanlı sultanının həkimi olmaqla yanaşı botanika müəllimi, Milli Təhsil Nazirliyinin millət vəkili və parlamentin sədri vəzifələrində çalışıb, məşhurluğu Osmanlı sərhədlərini aşıb.
Həkimbaşı Salih Əfəndi Yalısı İstanbul Boğazında ən çox şəkili çəkilən tikililərdən biridir. "Min bir Gecə'" kimi məşhur seriallara ev sahibliyi edib. Yalı hazırda toy, konsert və digər tədbirlərə ev sahibliyi edir.

.jpg)