Avtomobili kütlənin üzərinə sürdü - 3 ölü, 30 yaralı (Yenilənib 2)

Almaniyanın Münster şəhərindəki bir nəfər avtomobili kütlənin üzərinə sürüb, çox sayda ölü və yaralı olduğu bildirilir.

AzNews.az xəbər verir ki, hadisənin terror hadisəsi olub olmadığı araşdırılır. Westfalischen Nachrichten qəzetinin verdiyi məlumata görə hadisədən sonra polis böyük bir əməliyyata başlayıb. Hələ rəsmi bir məlumat yoxdur. Polis rəsmisi Münster şəhərinin köhnə şəhər hissəsində böyük bir əməliyyatın başladığını təsdiqləyib.

18:30

***

Almaniyanın Hollandiya sərhədindəki Münster şəhərində avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində polis ən azı 30 adamın yaralandığını bildirib.

AzNews.az xəbər verir ki, sürücünün də ölənlər arasında olduğunu vurğulayan polis yük avtomobilinin insanları əzdiyini bildirib. Münster şəhər mərkəzi blokadaya alınıb. Yaxınlıqdakı şəhərlərdən yaralananlar üçün helikopter gətirilib. Blokadaya alınan zonada partlayıcılar axtarılır. Hadisənin terrorla bağlı olması barədə hələ ki, məlumat yoxdur. Ancaq səlahiyyətlilər hadisənin terror olması ehtimalına qarşı çıxmırlar. Polis həm Almanlar, həm də turistlər tərəfindən xüsusilə üstünlük verilən Kiepenkerl restoranını boşaltmağı tələb edib.

19:23

***

Alman polisi avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb.

image description