ABŞ-da hərbi helikopter qəzaya uğradı - 2 nəfər öldü

ABŞ-ın Kentukki ştatının Fort-Kempbell bazası yaxınlığında "AH-64E Apache" tipli hərbi təyyarə qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, qəza zamanı iki amerikalı hərbçi həlak olub.

ABŞ Müdafiə Nazirliyinin 101-ci Aviasiya Birliyinin yazılı bəyanatında bildirilib ki, hərbi təyyarə cümə axşamı yerli vaxtla saat 21.50-də Fort Kempbell hava limanına yaxın ərazidə boş sahəyə düşüb.