Sabiq prezident həbs olundu

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.

AzNews.az RİA-a istinadən xəbər verir ki, sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 9 nəfər xəsarət alıb.

2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir.

Qeyd edək ki, yanvar ayında sabiq prezident barəsində korrupsiya işinə görə 12 il 1 ay azadlıqdan məhrum edilmə cəzası verilib.