- Köhnə - Dünya
- 9 Aprel 2018 12:06
- 3 471
Şimali Koreyanın xarici işlər naziri Moskvaya gəldi
Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho Rusiyaya rəsmi səfərə gəlib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, XİN rəhbəri jurnalistlərə açıqlama verməyib.
Qeyd edək ki, koreyalı nazir Moskvaya üç günlük səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişafı barədə müzakirə aparacaqlar.