- Köhnə - Dünya
- 10 Aprel 2018 10:09
- 4 664
Türkiyədə qadın iki uşağını öldürüb intihar etdi
Türkiyədə dəhşətli cinayət baş verib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qayınanası ilə mübahisə edən gənc qadın iki uşağını yatdığı yerdə bıçaqlayıb. Uşaqları öldürən ana daha sonra özünü ikinci mərtəbədən atıb. Qadın xəstəxanaya yerləşdirilib. Onun cinayəti törətməzdən əvvəl yazdığı məktub tapılıb. Qadın məktubunda qayınanasının ona əziyyət verdiyini və ərinin onu sevmədiyini bildirib. Olayı öyrənən ata isə əsəb sarsıntısı keçirdib.