“Bunu edənlər ağır şəkildə cəzalandırılacaq” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan çıxışında Qutada törədilən qətliama da münasibət bildirib. Türkiyə prezidenti "Qutada bu qətliamı törədənləri lənətləyirəm. Kimin etməsindən asılı olmayaraq bunu edənlər ağır şəkildə cəzalandırılacaq", deyə açıqlayıb.