Putin unikal silahın təkmilləşdirilməsindən danışdı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kurçatov İnstitutunun Milli Araşdırmalar Mərkəzinin mütəxəssisləri dünyada analoqu olmayan strateji silahların yeni modellərinin yaradılmasında iştirak edirlər.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu silahların bir neçə nümunəsi artıq nümayiş olunub.

"Onların yaradılmasında onlarla müəssisə, dizayn ofisləri, elmi mərkəzlər iştirak ediblər. Onların arasında Kurçatov İnstitutu və akademik təşkilatlar da var ", - deyə Putin açıqlayıb.

Onun sözlərinə görə, bu gün dünyanın heç bir ölkəsində belə bir silah yoxdur.