Çilidə güclü zəlzələ oldu - Foto

Çilinin Coquimbo bölgəsindəki Oval şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.

Zəlzələ şəhərin cənub və cənub qərb hissələrində hiss edilib.

Məlumata görə, zəlzələ ocağı yerin 120 kilometr dərinliyində olub.

İnsan tələfatı və təxribatına dair məlumat verilməyib. Tsunami təhlükəsinin olmadığı açıqlanıb.