Ermənistanın sabiq prezidenti Serj Sarkisyan respublika parlamentinin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçilib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan respublika parlamentinin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçilib.

"Ölkədə artıq “məxməri inqilab" başlanıb" - Erməni deputat (Foto)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan respublika parlamentinin aprelin 17-də keçirilən xüsusi iclasında ölkənin baş naziri seçilib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, iclasda iştirak edən 94 deputatın 77-si vahid namizədin lehinə, 17-si isə əleyhinə səs verib. Ümumilikdə Ermənistan parlamentində 105 deputat təmsil olunur.

Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.

Etiraz hərəkatına başçılıq edən Ermənistan parlamentinin deputatı, “Vətəndaş dialoqu” partiyasının lideri Nikol Paşinyan respublikada “məxməri inqilabin” başlandığını deyib.

“Ölkədə inqilabi şərait yetişir. Gümrü, İcevan, Vanadzor, Qafan və Metsamor şəhərlərində etirazçılar küçələri və dövlətlərarası yolları blokadaya alırlar. İnsanlar işə çıxmırlar, kütləvi tətillər başlayıb”, - deyə Paşinyan bildirib.