“Bu il iyunun 24-də növbədənkənar seçkilər keçiriləcək” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə növbədənkənar seçkilərin olması ilə bağlı açıqlama verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MHP lideri Dövlət Baxçalını qəbul edən Ərdoğan 30 dəqiqəlik görüşdən sonra bildirib ki, növbədənkənar seçkiərin keçirilməsi ilə bağlı qərar veriblər.

"Seçki 24 iyun 2018-ci ildə keçiriləcək", deyə Ərdoğan açıqlama verib.