İran beynəlxalq hesablamalarda dollardan imtina etdi

İran hökuməti ölkənin Amerika valyutasından asılılığının azaldılmasına yönəlmiş səyləri çərçivəsində beynəlxalq hesablamalarda avroya keçid barədə yekun qərar qəbul edib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin dövlət KİV-ləri yazıb.

IRIB dövlət telekanalının məlumatına görə, qərar hökumətin iclasında qəbul olunub.

Bu addım ABŞ və müttəfiqlərinin Tehrana qarşı gördükləri tədbirlərdən sonra atılıb.