Səudiyyə Ərəbistanında 3 polis öldürüldü

Səudiyyə Ərəbistanında naməlum şəxslər üç polis məmurunu öldürüblər.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi xəbər verib ki, polis məntəqəsinə hücum nəticəsində 3 polis məmuru öldürülüb.

Təhlükəsizlik qüvvələrinin üzvləri polis əməkdaşlarına hücum edənlərin şəxsiyyətini müəyyənləşdiriblər, onlardan ikisi saxlanılıb.